Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

A- A A+

Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları bu gün Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar.

NUHÇIXAN xəbər verir ki, qadınlardan ibarət yığma üçüncü turun oyunlarını Şimali Makedoniyanın Strumitsa şəhərində keçirəcək. Komandanın bu mərhələdə ilk matçı İsrailə qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Kişilərdən ibarət milli isə Avropa Liqasının ilkin mərhələsinin son turunda Bakıda mübarizə aparacaq. GİN-in Voleybol Mərkəzində təşkil olunacaq oyunlarda yığma ilk olaraq Macarıstanla üz-üzə gələcək. Qarşılaşma 18:00-da başlayacaq.

İki turdan sonra qadın milli 2 qələbə ilə 6 xal toplayıb. Kişilərdən ibarət yığmanın isə qələbəsi və xalı yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: