"Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi Luka Dumançiçlə anlaşıb

A- A A+

"Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi Luka Dumançiçlə anlaşıb.

Bu barədə NUHÇIXAN-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.

27 yaşlı futbolçu ilə anlaşmanın müddəti 1 illikdir.

Karyerası ərzində "Albalonqa", "Leççe", "Stabya", "Qozanno", "Lukkeze", "İnter" (Zapreviç), "Rudeş", "Solin", "Nafta 1903", "Jalqiris" klublarında çıxış edən mərkəz müdafiəçisi son 5 ayda İndoneziyanın "Persis" komandasının formasını geyinib. O, 2016-cı ildə Xorvatiyanın U-19 komandasında 1 oyun keçirib.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: