Azərbaycanın futzal millisinin dünya çempionatının əsas mərhələsindəki rəqibləri bəlli olub

A- A A+

İsveçrənin Nyon şəhərində 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb.

NUHÇIXAN xəbər verir ki, 36 komanda hər birində 3 iştirakçı olmaqla 3 qrupa bölünüb.

Püşkün nəticəsinə əsasən, Azərbaycan millisi 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: