Ronaldinyo İtaliyanın “Ravenna” klubu ilə müqavilə imzalayacaq

A- A A+

Braziliyanın əfsanəvi futbolçusu, “Qızıl top” mükafatı laureatı Ronaldinyo İtaliyanın “Ravenna” klubu ilə müqavilə imzalayacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Ariedo Braida ANSA agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ronaldinyonun transferi yaxın günlərdə rəsmən təqdim olunacaq. Braida futbolçunun meydançaya çıxıb-çıxmayacağı barədə qəti fikir bildirməyərək bunun hələlik dəqiqləşmədiyini qeyd edib.

Transferin rəsmi təqdimatı iyunun 23-də Mayamidə keçiriləcək.

Qeyd edək ki, Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə başa vurduğunu açıqlamışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: