Qurban Qurbanov: "Zirə" ilə yoxlama oyunu bizim üçün faydalı oldu

A- A A+

"Zirə" ilə yoxlama oyunu bizim üçün faydalı oldu.

NUHÇIXAN xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O, Bakıdakı hazırlıq prosesindən razı qaldığını bildirib: "Bütün komanda bir yerdə deyildi. Milli komandada iştirak edən və zədəli olan futbolçularımız var idi. Yeni gələn oyunçular da bizə gec qoşuldular. Amma onlar haqqında yaxşı fikirdəyəm. İstərdim ki, komanda olaraq bir yerdə daha çox məşq edək. İstədiklərimiz yavaş-yavaş alınır. Gedişat pis deyil".

Qeyd edək ki, yoxlama oyunu Ağdam klubunun 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: