Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda boks üzrə Olimpiya ümidləri turnirinə yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, 2 kateqoriya üzrə yarışa 13 idmançı ilə qatılan Azərbaycan millisi 12 medal – 7 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.
U-19-lar arasında təşkil olunan turnirdə Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Əli Baxışov (60 kiloqram) və Səftər Məmmədzadə (+90 kiloqram fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gülər Hüseynova (54 kiloqram) gümüş, Şahin Aslanovla (65 kiloqram) Rza Rzayev (70 kiloqram) bürünc medala sahib olublar.
U-17-lərin yarışında Aysel Fərəcova (48 kiloqram), Səma Abbasova (66 kiloqram) və Xumar Cəfərli (80 kiloqram) birinci yeri tutublar. Aydan İsmayıllı (48 kiloqram) ilə Fatimə Məmmədli (50 kiloqram) isə gümüş medala yiyələniblər.
