Mini-futbol birinciliyi başa çatıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən  mini-futbol birinciliyi yekunlaşıb. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi yarışın yekun nəticəsinə əsasən 14№-li tam orta məktəbin komandası I , 13№-li tam orta məktəbin komandası II , 10№-li və 1№-li tam orta məktəblərin komandaları isə III yerə layiq görülüblər. Sonda qalib komandalara Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları, Uşaq-Gənclər İdman Məktəbinin isə kuboku təqdim olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: