"Araz-Naxçıvan" Alexandro Herrera ilə müqavilə imzalayıb

A- A A+

Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" Alexandro Herrera ilə müqavilə imzalayıb.

Bu barədə NUHÇIXAN-a Naxçıvan klubunun mətbuat xidmətindən bildirilib.

Kolumbiyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti "1+1" illikdir.

21 yaşlı mərkəz yarımmüdafiəçisi "Arko Saraqosa" akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına Argentina "Banfild"ində başlayan Herreranın son klubu Dominikan təmsilçisi "San Kristobal" olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: