İngiltərə Premyer Liqası: “Liverpul” “Haddersfild” klubunu məğlub edib

A- A A+

Aprelin 26-da İngiltərə Premyer Liqasının 36-cı turuna start verilib.

NUHÇIXAN xəbər verir ki, çempionluğa iddialı “Liverpul” doğma azarkeşlər önündə autsayder “Haddersfild” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb.

“Mersessayd” təmsilçisinin heyətində Nəbi Keyta (1), Sadio Mane (23, 66) və Məhəmməd Salah (44, 83) fərqləniblər. Bu qələbə sayəsində “Liverpul” xallarının sayını 91-ə çatdıraraq turnir cədvəlində yenidən liderliyə yüksəlib, “Haddersfild” isə 14 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb.

Turun digər oyunları aprelin 27-28-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: