Futbol üzrə dünya çempionatı: Mərakeş millisi Haitini məğlub edib

A- A A+

Futbol üzrə dünya çempionatında Mərakeş millisi ilə Haiti arasında oyun keçirilib.

NUHÇIXAN xəbər verir ki, C qrupunun III turunun matçında 10-cu dəqiqədə Haiti millisindən Lenni Jozef hesabı açıb - 1:0.

Oyunun 39-cu dəqiqəsində Mərakeş millisində Əşrəf Hakimi hesabı bərabərləşdirib - 1:1.

Matçın 43-cü dəqiqəsində Vilson İzidor Haiti millisini hesabda önə keçirib - 2:1.

Daha sonra Mərakeş yenidən hesabı bərabərləşdirib - 2:2. Belə ki, 45+1-ci dəqiqədə İsmael Sayberi fərqlənib.

Oyunun 78-ci dəqiqəsində Sufiyan Rahimi Mərakeş millisini irəli çıxarıb. Daha sonra 89-cu dəqiqədə C qrupunun III turunun matçında Mərakeş millisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 4:2. Qolu Casim Yasin vurub.

Beləliklə, Mərakeş millisi Haitini məğlub edərək C qrupunun ikincisi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: