"Heydər Əliyev Kuboku" uğrunda turnirin finalçıları bəlli olub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri yekunlaşmaq üzrədir. Artıq turnirin finalçıları müəyyənləşib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, İlham Əliyev adına Olimpiya İdman Kompleksində yarımfinal matçları keçirilib. İlk görüşdə Fövqəladə Hallar Nazirliyinin komandası “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsininin komandasını 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Digər yarımfinal qarşılaşmasında isə Ədliyyə Nazirliyi ilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Qalib 6 metrlik zərbələrdə (penaltı) müəyyənləşib (pen. 4:5) və nəticədə Ədliyyə Nazirliyi finala vəsiqə qazanıb. 

Qeyd edək ki, iyunun 27-də turnirin final və üçüncülük görüşləri keçiriləcək. Final oyunundan sonra turnirin mükafatlandırma mərasimi təşkil olunacaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: