“Araz-Naxçıvan” futbolçu Urfan Abbasovla başa çatan müqaviləni yeniləməyib.
Bu barədə NUHÇIXAN-a Naxçıvan klubundan məlumat verilib.
Qeyd edək ki, “Araz-Naxçıvan” bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalamayıb.
