Məhəmməd Salah “Liverpul” klubunun tarixində yeni rekord müəyyənləşdirib

A- A A+

“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah bu klubun tarixində yeni rekorda imza atıb.

NUHÇIXAN klubun saytına istinadla xəbər verir ki, Premyer Liqanın 36-cı turunda “Haddersfild” komandası ilə oyunda (5:0) dubl edən 26 yaşlı hücumçu klub tarixində ilk 100 oyununda ən çox qol vuran futbolçu olub. O, 100 görüşdə 69 dəfə fərqlənməyi bacarıb. Bundan əvvəl Rocer Hant və Sem Reybould ilk 100 görüşdə 68 dəfə fərqləniblər.

M.Salah 2017-ci ildə İtaliyanın “Roma” klubundan “Liverpul”a transfer olunub. O, Liverpul təmsilçisinin heyətində iştirak etdiyi 48 oyunda 25 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: