Naxçıvanın "Möminə Xatun" Voleybol Klubu Yüksək Liqada mübarizə aparacaq

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanı təmsil edən "Möminə Xatun" Voleybol Klubu 2026–2027-ci illər mövsümündə qadınlar arasında Azərbaycan Yüksək Liqasında çıxış edəcək.

Klubun yaydığı məlumata görə, bu qərar ölkədə voleybolun regionlarda inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlərin növbəti mühüm nəticəsidir. Bununla da Naxçıvan tarixində ilk dəfə qadın voleybol komandası ölkə çempionatının yüksək liqasında mübarizə aparacaq.

Bildirilib ki, 2024-cü ildə yaradılan "Möminə Xatun" Voleybol Klubunun U-16 komandası 2025-ci ildə Azərbaycan çempionu olub. Bundan əlavə, 14 və 18 yaşadək voleybolçular 2026-cı ildə keçirilən ölkə çempionatlarında bürünc medallara layiq görülüblər.

Klub rəhbərliyi hazırda yüksək liqaya hazırlıq işlərinin davam etdirildiyini, qarşıdakı günlərdə yeni transferlərin mərhələli şəkildə ictimaiyyətə təqdim olunacağını açıqlayıb.

"Möminə Xatun" Voleybol Klubu həmçinin göstərilən dəstəyə görə Azərbaycan Voleybol Federasiyasına, federasiyanın Naxçıvan filialına, sponsorlara və azarkeşlərə təşəkkürünü bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: