Messi DÇ-2026-nın qrup mərhələsinin bombardiri olub

A- A A+

Argentina yığmasının hücumçusu Lionel Messi DÇ-2026-nın qrup mərhələsinin bombardiri olub.

NUHÇIXAN-ın məlumatına görə, argentinalı üç oyunda 6 qol vurub.

Messi Əlcəzairə qarşı start oyununda (3:0) het-trik edib. Sonra Avstriyaya qarşı (2:0) oyunda iki qol vurub, həmçinin İordaniyaya qarşı 3:1 hesablı qələbədə də fərqlənib.

O, dünya çempionatları tarixində qrup mərhələsini 6 qolla başa vuran beşinci oyunçu olub. Əvvəllər oxşar nəticələrə macarıstanlı Sandor Koçiş (7 qol, 1954), alman Gerd Müller (7 qol, 1970), fransız Jüst Fonten (6 qol, 1958) və rusiyalı Oleq Salenko (6 qol, 1994) nail olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: