Kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb - FOTOLAR
“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən 15 yaşadək yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
NUHÇIXAN Azərbaycan Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, yarışda respublikamızın müxtəlif bölgələrindən olan 464 cüdoçu mübarizə aparıb. Üç gün davam edən ölkə birinciliyində 66 klubun təmsilçiləri medallar uğrunda yarışıblar. Daha yaxşı nəticə göstərən “Neftçi” idman klubu komanda hesabında birinci yeri tutub. “Uşaq Gənclər İdman Məktəbi – 13” komandası ikinci, Zaqatala cüdoçuları isə üçüncü pillədə qərarlaşıblar.
Qalib və mükafatçılara medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.