Avqustun 4-dən 8-dək qadın və kişi komandaları arasında çimərlik voleybolu üzrə klublararası Azərbaycan birinciliyi təşkil olunacaq.
Azərbaycan Voleybol Federasiyasından NUHÇIXAN-a bildirilib ki, yarışın ilkin mərhələsi Bakı Su İdmanı Sarayında, medal uğrunda həlledici qarşılaşmalar isə "Sea Breeze" ərazisində gerçəkləşəcək.
Turnirin qalibi bu il keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
