DÇ-2026: Ekvador millisinə yeni kapitan təyin olunub

A- A A+

İngiltərənin "Çelsi" klubunun futbolçusu Moyses Kaysedo Ekvador millisinin yeni kapitanı təyin olunub.

NUHÇIXAN xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, kapitan sarğısını futbolçuya uzun müddətdir bu vəzifəni daşıyan hücumçu Enner Valensiya şəxsən təqdim edib.

Qeyd edək ki, Moyses Kaysedo dünya çempionatının qrup mərhələsinin son turunda Almaniya ilə keçirilən və Ekvadorun 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə də komandanı kapitan kimi meydana çıxarmışdı.

24 yaşlı oyunçu indiyədək yığmanın heyətində 64 qarşılaşmada 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Ekvador millisi DÇ-2026-nın 1/16 final mərhələsində Meksika seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 1-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: