"Real Madrid" Venesuelada zəlzələdən zərər çəkənlərə 2 milyon avro ianə edəcək

A- A A+

İspaniyanın "Real Madrid" klubu Venesuelada baş vermiş zəlzələlərdən zərər çəkənlərə dəstək məqsədilə ianə kampaniyasına başlayıb.

NUHÇIXAN Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “kral klubu” zəlzələdən zərər çəkənlərə və həlak olanların ailələrinə yardım məqsədilə kampaniyaya 1 milyon avro ianə ayırıb.

Bundan əlavə, klubun prezidenti Florentino Peres də təşəbbüsə qoşularaq şəxsi vəsaiti hesabına daha 1 milyon avro ianə edəcəyini açıqlayıb.

Xatırladaq ki, iyunun 24-də Venesuelada iki güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, birinci zəlzələnin gücü 7,2, ikincisi isə 7,5 bal olub. Son məlumatlara görə, ölənlərin sayı 1450 nəfərə çatıb, xəsarət alan 3200-dən çox insan xəstəxanaya yerləşdirilib. Çoxsaylı yaşayış binaları dağılıb, infrastruktur və xəstəxanalar zədələnib, ölkənin əsas hava limanı bağlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: