Dünya çempionatı: Braziliya millisi növbəti mərhələdə

A- A A+

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin ikinci oyunu keçirilib.

NUHÇIXAN xəbər verir ki, mundialın favoritlərindən hesab olunan Braziliya millisi Yaponiya yığmasını sınağa çəkib. Hyuston şəhərindəki NRG stadionunda oynanılan qarşılaşma Cənubi Amerika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Braziliya millisinin qollarını Kazemiro və Qabriel Martinelli vurub. Asiya komandasının qoluna isə Kaysü Sano imza atıb.

Braziliya növbəti raundda Kot d`İvuar – Norveç duelinin güclüsü ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: