“Barselona” 26-cı dəfə İspaniya çempionu oldu

A- A A+

İspaniya La Liqasının 35-ci turu “Barselona” klubu üçün əlamətdar olub.

NUHÇIXAN xəbər verir ki, Kataloniya təmsilçisi “Levante” klubunu minimal hesabla (1:0) məğlub edərək mövsümün başa çatmasına üç tur qalmış çempionluğunu rəsmiləşdirib. Oyunda yeganə qolu 62-ci dəqiqədə Lionel Messi vurub.

İndiyədək keçirdiyi 35 oyundan 83 xal toplayan “Barselona” turnir cədvəlində ən yaxın izləyicisi “Atletiko Madrid” klubu üçün əlçatmaz olub. Çempionatda üçüncü yeri hesabında 65 xal olan “Real Madrid” tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: