DÇ-2026: Dünənki oyunlardan sonra 4 futbolçu müxtəlif rekordları təkrarlayıb

A- A A+

Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində keçirilən son oyunlardan sonra bir sıra maraqlı statistik göstəricilər qeydə alınıb.

NUHÇIXAN FIFA-ya istinadən xəbər verir ki, Braziliya millisinin yarımmüdafiəçisi Bruno Gimarayeş mundialda dörd oyunda dörd məhsuldar ötürmə müəllifi olub. O, bununla da XXI əsrdə bir dünya çempionatında ən çox məhsuldar ötürmə edən futbolçuların rekorduna şərik çıxıb. Bu göstəriciyə daha əvvəl 2002-ci ildə Mixael Ballak (Almaniya), 2006-cı ildə Françesko Totti (İtaliya) və 2014-cü ildə Xuan Kuadrado (Kolumbiya) imza atıblar.

Braziliya yığmasının digər futbolçusu Kazemiro isə dünya çempionatlarında məğlubiyyətsiz oyunların sayını 12-yə çatdırıb. O, bununla da Mario Zaqallo və Xulio Olartikoeçeanın rekordunu təkrarlayıb.

Almaniya millisinin hücumçusu Kay Haverts isə İngiltərə ilə matçda başla vurduğu qol sayəsində tarixə düşüb. O, 1970-ci ildə Meksikadakı dünya çempionatının 1/4 final mərhələsinin İngiltərə ilə oyununda fərqlənən Uve Zeelerdən sonra arxası qapıya tərəf vəziyyətdə başla qol vuran ilk alman futbolçu olub.

Niderland millisinin üzvü Kodi Qakpo isə dünya çempionatlarında keçirdiyi doqquz qarşılaşmada altıncı qolunu vurub. Ölkə futbolunun tarixində bu göstəricidə onu yalnız 1970-ci illərin əfsanəvi hücumçusu Conni Rep qabaqlayır. Rep mundiallarda Niderland yığması ilə yeddi qola imza atıb.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: