İtaliyanın "İnter" klubu daha 3 futbolçu ilə yollarını ayırdığını açıqlayıb.
NUHÇIXAN Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Stefan de Vrey, Françesko Açerbi və Matteo Darmianla başa çatan müqavilələr yenilənməyib.
De Vrey 2018, Darmian 2021, Açerbi isə 2023-cü ildən komandanın şərəfini qoruyurdu.
Qeyd edək ki, “İnter” daha əvvəl qapıçısı Yann Zommer ilə əməkdaşlığa son qoyub.
