Qız futbolçulardan ibarət iki yığmaya yeni baş məşqçilər təyin olunub

A- A A+

Azərbaycanın qızlardan ibarət U-15 və U-17 milli komandalarının məşqçi heyətində dəyişikliklər edilib.

AFFA-dan NUHÇIXAN-a bildirilib ki, U-15 yığmasının baş məşqçisi vəzifəsinə Rövşən Qasımov təyin olunub. O, eyni zamanda qadınlardan ibarət əsas millidə köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Onun köməkçiləri Manə Mollayeva, qapıçılar üzrə məşqçi Günay İsmayılova olacaq. Hər iki mütəxəssis hazırda millinin üzvləridir. Eyni zamanda, U-15-in köməkçi məşqçisi Samirə Aşırova ilə yollar ayrılıb.

Qızlardan ibarət U-17 komandasının baş məşqçisi postuna isə Xanlar Əliyev gətirilib. O da qadınlardan ibarət Azərbaycan yığmasında köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Bundan başqa, Əli Muradov qızlardan ibarət U-15, U-17 və U-19 millilərində fitness hazırlığı üzrə məşqçi vəzifəsinə təyin olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: