“Neftçi” yeni mövsümə hazırlığın ikinci mərhələsinə Sloveniyada start verib - FOTOLAR
“Neftçi” yeni mövsümə hazırlığın ikinci mərhələsinə start verib.
Klubun mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, iyunun 29-da Sloveniyaya yollanan “ağ-qaralar” bu gün Moravske Toplitse şəhərində səhər məşqini keçib.
Təlim-məşq toplanışı günün ikinci yarısında baş tutacaq axşam məşqi ilə davam edəcək.
Qeyd edək ki, “Neftçi” iyulun 14-dək Sloveniyada hazırlıq keçəcək.