“Sabah” braziliyalı futbolçu ilə yollarını ayırıb

A- A A+

“Sabah” komandası futbolçusu İqor Noqeyra ilə yollarını ayırıb.

Klubdan NUHÇIXAN-a bildirilib ki, braziliyalı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Qeyd edək ki, İqor Noqeyra 2024-cü ildən Bakı təmsilçisinin uğurları üçün çalışırdı. O, “bayquşlar”ın heyətində 62 oyunda 4 qolla yadda qalıb. Oyunçu “Sabah”la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: