Azərbaycan atletləri Qosanov Memorialında iki medal qazanıblar - FOTOLAR

A- A A+

Qazaxıstanın Çimkənd şəhərində atletika üzrə XXXV Qosanov Memorialına start verilib.

NUHÇIXAN xəbər verir ki, ilk yarış günündə mübarizəyə qoşulan Azərbaycan atletlərindən İlahə Quliyeva və Cabir Əliyev uğurlu çıxışla yadda qalıblar. 400 metr məsafəyə qaçışda yarışan Quliyeva 55.18 saniyə nəticə ilə ikinci yeri tutub. Uzunluğa tullanma növündə mübarizə aparan Cabir Əliyevin göstəricisi 7.38 metr olub. Bu nəticə ilə idmançı beynəlxalq turnirdə 14 iştirakçı arasında üçüncü olaraq bürünc medal qazanıb.

Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 12 ölkəni təmsil edən 200-dən artıq idmançı iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: