AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan yeni təyinat alıb.
NUHÇIXAN milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 7-də Albaniyanın “Elbasani” və Belarusun BATE komandaları arasında keçiriləcək oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Elbasan şəhərinin eyniadlı stadionunda gerçəkləşəcək.
