Millətlər Liqası: Azərbaycan yığmasının ev oyunlarından biri Bakıda, digəri Gəncədə keçiriləcək

A- A A+

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

NUHÇIXAN Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, D Liqasında mübarizə aparacaq yığma oktyabrın 1-də Lixtenşteyn seçməsini Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Komanda oktyabrın 4-də isə Litva kollektivi ilə Gəncə şəhər stadionunda üz-üzə gələcək. Qarşılaşmanın start fiti isə saat 17:00-da səslənəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: