“Barselona” Andreas Kristensenlə yeni müqavilə imzalayıb

A- A A+

İspaniyanın “Barselona” komandası futbolçusu Andreas Kristensenlə yeni müqavilə imzalayıb.

NUHÇIXAN klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi daha iki mövsüm Kataloniya təmsilçisinin formasını geyinəcək. Bununla yanaşı, 2027-ci ilin yayında tərəflərdən hər biri sözləşməyə vaxtından əvvəl xitam vermək hüququna malik olacaq.

2022-ci ildən "Barselona"da çıxış edən danimarkalı oyunçu indiyədək komandanın heyətində 98 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: