Niderland millisinin futbolçuları dünya çempionatında mübarizəni dayandırdıqdan sonra sosial şəbəkələrdə irqçi təhqirlərə məruz qalıblar.
NUHÇIXAN xəbər verir ki, bu barədə Niderland Kral Futbol İttifaqı bəyanat yayıb.
Bəyanatda bu cür halların qəbuledilməz olduğu vurğulanıb: “Komandanın dünya çempionatı ilə vidalaşmasından sonra sosial şəbəkələrdə futbolçulara qarşı irqçi təhqirlərin yer aldığı paylaşımlar müşahidə olunur və bu məsələdə mövqeyimiz qətidir. Bu kimi hallara nə futbolda, nə internetdə, nə də cəmiyyətdə yer var”.
Qeyd edək ki, Niderland millisi dünya çempionatının 1/16 final mərhələsində Mərakeşlə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında məğlub olaraq (2:3) turnirlə vidalaşıb. Bu məğlubiyyətdən sonra yığmanın baş məşqçisi Ronald Kuman sosial şəbəkə hesabı vasitəsilə vəzifəsindən ayrıldığını açıqlayıb.
