İngiltərə Premyer Liqasında 2018/19 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
NUHÇIXAN-ın məlumatına görə, bu mükafata “Liverpul”un futbolçusu Vircil Van Deyk layiq görülüb.
O, Peşəkar Futbolçular Assosiasiyasının versiyasına əsasən ən yaxşı adını qazanıb. 28 yaşlı hollandiyalı müdafiəçi Rəhim Sterlinq, Serxio Aquero, Bernardu Silva (hamısı “Mançester Siti”), Eden Azar (“Çelsi”) və komanda yoldaşı Sadio Maneni qabaqlayıb.
Qeyd edək ki, Van Deyk cari mövsüm 45 oyunda 4 qol vurub.