Beynəlxalq Fiqurlu Konkisürmə Birliyi Veronika Jilinanın Azərbaycanı təmsil etməsinə icazə verib

A- A A+

Azərbaycanın fiqurlu konkisürmə üzrə millisinə daha bir gənc idmançı cəlb olunub.

Bu barədə NUHÇIXAN-a Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat verilib.

Qurumun Beynəlxalq Fiqurlu Konkisürmə Birliyinə (İSU) yeniyetmə fiqurlu konkisürən Veronika Jilina ilə bağlı ünvanladığı müraciət müsbət dəyərləndirilib və idmançının Azərbaycanı təmsil etməsinə rəsmi icazə verilib.

18 yaşlı rusiyalı idmançı 2026/2027 mövsümündən etibarən beynəlxalq yarışlarda Azərbaycan adına mübarizə aparacaq.

Qeyd edək ki, hazırda konkisürmə üzrə fərdi mübarizədə beynəlxalq yarışlarda ölkəmizi Səbinə Əliyeva, Leyli Axundova, Nərgiz Süleymanova və Arina Kaluqina təmsil edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: