Dünya çempionatında 1/8 finalın növbəti iştirakçısı İsveçrə millisi olub

A- A A+

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

NUHÇIXAN xəbər verir ki, İsveçrə millisi Əlcəzair yığmasını sınağa çəkib. Vankuverdəki “BC Pleys” stadionunda oynanılan görüş Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 10-cu dəqiqədə Brel Embolo və 46-cı dəqiqədə Dan Ndoye vurublar.

Bu qələbə ilə 1/8 finala vəsiqə qazanan İsveçrə millisi növbəti mərhələdə Kolumbiya – Qana cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika, ABŞ, İspaniya və Portuqaliya yığmaları 1/8 finala yüksəliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: