Ronaldu dünya çempionatından sonra Portuqaliya millisindəki karyerasını başa vuracaq

A- A A+

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun 2026-cı il dünya çempionatından sonra yığmadakı karyerasını başa vuracaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə futbolçunun bacısı Katya Aveyru "Sport TV" telekanalına açıqlamasında deyib.

"Əldə etdiyim məlumata görə, Kriştianu Ronaldunun millidəki karyerası sona yaxınlaşır. Ola bilsin ki, bu onun vida turniri olacaq. Etibarlı mənbənin verdiyi məlumata əsasən, bu dünya çempionatı onun milli komandanın heyətində iştirak etdiyi son turnir, başqa sözlə, son rəqsi olacaq", – deyə Katya Aveyru bildirib.

Qeyd edək ki, 41 yaşlı Kriştianu Ronaldu beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Portuqaliya millisi ilə Avropa çempionu adını və iki dəfə UEFA Millətlər Liqasını qazanıb. O, milli komandaların tarixində, Avropa çempionatlarında, UEFA Çempionlar Liqasında və klublararası dünya çempionatlarında vurulan qolların sayına görə rekordçudur.

Ronaldu 2022-ci ilin dekabrından etibarən Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun formasını geyinir. Karyerası ərzində o həmçinin Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və İspaniyanın "Real" klublarında çıxış edib. Təcrübəli hücumçu beş dəfə "Qızıl top" mükafatına layiq görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: