Azərbaycanlı idmançı Tailandda muaytay turnirinin qalibi olub - FOTOLAR

A- A A+

Azərbaycanlı döyüşçü Mirmehdi Miriyev Tailandın Puket adasında keçirilən muaytay üzrə "Patong Fight Night 2" turnirinin qalibi olub.

Gənclər və İdman Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı final döyüşündə Avstraliya təmsilçisi Ceyms Veqarla üz-üzə gəlib.

Mirmehdi Miriyev rəqibini dördüncü raundda nokautla məğlub edərək turnirin çempionu adına yiyələnib. O, bu qələbə sayəsində çempionluq kəmərini də qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: