"Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynovun köməkçiləri açıqlanıb - FOTOLAR
"Araz-Naxçıvan" klubunda baş məşqçi Cavid Hüseynovun köməkçiləri müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.
Ona məşqçi kimi Vadar Nuriyev, Ceyhun Rzayev, Şahin Hüseynov (qapıçı məşqçi), Toğrul Bilallı (fiziki hazırlıq) və Şərif Hüseynov kömək edəcəklər.
Məşqçilərlə 1 illik müqavilə imzalanıb.