Randal Kolo Muani "Yuventus"la 5 illik müqavilə bağlayacaq

A- A A+

İtaliyanın "Yuventus" klubu PSJ-nin (Fransa) futbolçusu Randal Kolo Muaninin keçidini razılaşdırıb.

NUHÇIXAN "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, fransalı hücumçu ilə 5 illik müqavilə bağlanacaq.

"Yuventus"un oyunçunu satınalma öhdəliyi ilə 1 mövsümlük icarəyə götürəcəyi bildirilir. Keçidin ümumi dəyəri təxminən 30 milyon avro təşkil edəcək. 27 yaşlı futbolçunun iyulun ortalarında Turin təmsilçisinin təlim-məşq toplanışına qoşulacağı gözlənilir.

Qeyd edək ki, Randal Kolo Muani 2024/2025 mövsümündə icarə əsasında "Yuventus"da çıxış edib. O, 2025/2026 mövsümünü isə "Tottenhem"də keçirib və 41 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: