Qadınlar arasında futbol üzrə Çempionlar Liqasının finalında “Barselona” və “Lion” qarşılaşacaqlar

A- A A+

İspaniyanın “Barselona” və Fransanın “Lion” komandaları qadınlar arasında futbol üzrə Çempionlar Liqasının finalında yarışacaqlar.

NUHÇIXAN xəbər verir ki, turnirin cavab yarımfinal oyunları bazar günü keçirilib. “Barselona” Almaniyanın “Bavariya” komandasına 1:0 hesabı ilə qalib gəlib. Komandaların birinci görüşü də həmin hesabla başa çatmışdı. “Lion” yarımfinalda İngiltərənin “Çelsi” komandası ilə cavab görüşündə heç-heçə (1:1) oynayıb, birinci matç isə fransızların qələbəsi ilə bitmişdi (2:1).

Qadınlar arasında futbol üzrə Çempionlar Liqasının finalı mayın 18-də Budapeştdə keçiriləcək. Finalın 1/16 mərhələsində Rusiyanın iki komandası mübarizəni dayandırıb. “Zvezda” iki oyunda xalların ümumi sayına görə (0:3, 0:1) Norveçin “Stremmen” komandasına, “Ryazan-VDV” isə İsveçin “Rusenqord” komandasına (0:1, 0:2) uduzub.

Qadınlar arasında futbol üzrə Çempionlar Liqası 2009/2010-cu illər mövsümündən keçirilir. Buna qədər isə 2001/2002-ci illər mövsümündən başlayaraq qadınlar arasında futbol üzrə UEFA Kuboku kimi keçirilirdi. 2008/2009-cu illər mövsümünün finalında “Zvezda-2005” iştirak edib. Lakin Almaniyanın “Duysburq-2001” komandasına uduzub (0:6, 1:1). “Lion” son 10 il ərzində 8 dəfə finala çıxıb, komanda turnirin beşqat qalibidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: