ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək matçda Braziliya millisi Norveçlə qarşılaşacaq. Görüş Nyu-Yorkdakı "MetLayf" stadionunda təşkil olunacaq.
Gecənin digər oyunu isə saat 04:00-da Meksika və İngiltərə yığmaları arasında olacaq. Qarşılaşma Mexikodakı məşhur "Asteka" stadionunda oynanılacaq.
Qeyd edək ki, Mərakeş və Fransa milli komandaları artıq 1/4 finala vəsiqə qazanıblar.
Mundiala iyulun 19-da yekun vurulacaq.
