“Qarabağ” “Borussiya”nın sabiq futbolçusunu transfer edib - VİDEO
Yeni mövsümə hazırlaşan “Qarabağ” növbəti futbolçu transferini gerçəkləşdirib.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, Ağdam təmsilçisi Macarıstanın “Ferensvaroş” komandasından Cebrail Makreçkisi heyətinə qatıb.
Latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, 25 nömrəli formanı geyinəcək.
Almaniyada doğulan və Leverkuzen “Bayer”inin yetirməsi olan futbolçu peşəkar karyerası ərzində “Bonner”, “Borussiya” (Dortmund), “Viktoriya” (Berlin), Bolqarıstanda “Pirin” (Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib.
Qeyd edək ki, Cebrail Makreçkis yay fasiləsində “Qarabağ”ın 8-ci transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas və Bense Varkonyi “Qarabağ”a qoşulub.