"Tottenhem" klub tarixinin ən bahalı transferini reallaşdırıb

A- A A+

İngiltərənin "Tottenhem" klubu yeni transferini açıqlayıb.

NUHÇIXAN London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçi Sandro Tonali heyətə cəlb olunub.

Futbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb. İddiaya görə, “Tottenhem” bu keçid üçün 117 milyon avro təzminat ödəyib. Bu, klubun tarixində ən bahalı transferdir.

Sandro Tonali son olaraq "Nyukasl"da çıxış edib. O, ötən mövsüm komandanın heyətində bütün turnirlərdə 53 oyunda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: