"Barselona" Mark Kasadonu 30 milyon avroya satmağa hazırdır

A- A A+

İspaniyanın "Barselona" klubu futbolçusu Mark Kasadonu 30 milyon avroya satmağa hazırdır.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi yayda Kataloniya təmsilçisindən ayrılmaq niyyətindədir.

O, az forma şansı əldə etməsindən narazıdır. Oyunçu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan təklif alsa da, hələlik qərar verməyə tələsmir.

Xatırladaq ki, Mark Kasado ötən mövsüm bütün turnirlərdə 34 oyunda meydanda olub. Onun "Barselona" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: