“Sərhəd” hərbi-idman oyununun şəhər mərhələsi yekunlaşıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Arazkənd Sərhəd Bölməsində Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında “Sərhəd” hərbi-idman oyununun şəhər mərhələsi keçirilib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zabiti, baş leytenant Tural Xudaverdiyev, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov komandalara uğurlar arzulayıblar. 3 komandanın iştirak etdiyi hərbi-idman oyununda komandalar sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, kəndirin dartılması, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülməsi və yığılması, maneələrin dəf olunması, maskalanma və yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi mərhələləri üzrə öz qüvvələrini sınayıblar.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən hərbi-idman oyununun yekun nəticəsinə əsasən, 9№-li tam orta məktəbin komandası I, 6№-li tam orta məktəbin komandası II, 13№-li tam orta məktəbin komandası isə III yerə layiq görülüblər. Qalib komandalara təşkilatçıların diplomları təqdim olunub.

Qeyd edək ki, I yerin qalibi olan 9№-li tam orta məktəbin komandası II mərhələdə, yəni Naxçıvan MR zona mərhələsində Naxçıvan şəhərini təmsil edəcəkdir.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: