Payız kəndinin məktəbliləri ölkə çempionu olublar

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, aprelin 24-dən 28-dək Göygöl Olimpiya İdman Kompleksində "Vətənin müdafiəsinə hazıram" Poliatlon çoxnövçülüyü üzrə ölkə çempionatının final mərhələsi keçirilib. Naxçıvan Muxtar Respublikasını yarışda Babək rayon Payız kənd tam orta məktəbin komandası təmsil edib. 5 şəhər və 11 rayon komandasının  mübarizə apardığı birincilikdə Babək rayon komandası çempionatın  qalibi olub. Qalib komanda diplom və kubokla mükafatlandırılıb.

Qeyd edək ki, komanda üzvlərindən 100 m məsafəyə qaçışda Fərid Əsgərli və 2000 m qaçışda Sənan Əşrəfov ən yüksək nəticəni göstərərək fərdi diplom və kubokla mükafatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: