ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
NUHÇIXAN xəbər verir ki, İsveçrə millisi Kolumbiya ilə üz-üzə gəlib. "BC Place" stadionunda keçirilən 1/8 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 0:0.
Penaltilər seriyasında isə daha dəqiq oynayan (4:3) İsveçrə 1/4 finala yüksəlib.
Komandanın bu raunddakı rəqibi Argentina seçməsi olacaq.
Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya, Belçika və Argentina milli komandaları 1/4 finala vəsiqə qazanıblar.
Mundiala iyulun 19-da yekun vurulacaq.
