İsveçrə millisi 72 ildən sonra dünya çempionatının 1/4 finalına yüksəlib

A- A A+

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Kolumbiyanı penaltilər seriyasında məğlub edən İsveçrə millisi tarixi uğura imza atıb.

NUHÇIXAN FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda 1954-cü ildən sonra ilk dəfə mundialın 1/4 finalına vəsiqə qazanıb.

Bundan başqa, Murat Yakının baş məşqçisi olduğu kollektiv son 19 beynəlxalq oyunda cəmi bir dəfə məğlub olub.

Qeyd edək ki, İsveçrə yığması dünya çempionatının 1/4 finalında Argentina seçməsi ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: