"Ayaks" müdafiəçi Deyli Blindin komandaya qayıtdığını elan edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Niderland təmsilçisi məlumat yayıb.
36 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
D.Blind 2023-cü ildən "Jirona"da çıxış edirdi. O, 2025/2026 mövsümündə bu komandanın heyətində 31 matç keçirib.
Blind "Ayaks"ın yetirməsidir. O, 2008-2014 və 2018-2022-ci illərdə Amsterdam komandasının uğurları üçün çalışıb. Blind "Ayaks"ın heyətində 333 matça çıxıb.
