FIBA Çempionlar Liqasında təsnifat mərhələsinin və müntəzəm mövsümün püşkatma mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, İsveçrənin Mi şəhərində yerləşən Patrik Baumann Basketbol Evində təşkil olunan tədbirdə Azərbaycanın “Landau Lions” və “Sabah” komandalarının rəqibləri müəyyənləşib.
Mübarizəyə təsnifat mərhələsindən başlayacaq “Landau Lions” səfərdə Latviyanın "Riqa" klubu ilə qarşılaşacaq. Qalib komanda növbəti raunda adlayacaq. Məğlub tərəf isə Avropa Kubokunun qrup mərhələsində iştirak hüququ qazanacaq.
Müntəzəm mövsümdən yarışa qoşulacaq “Sabah” isə Türkiyənin “Trabzonspor”, Fransanın “Nanter” və Litvanın “Ritas” kollektivləri ilə birgə A qrupunda yer alacaq.
