"Sabah" basketbol komandasının FIBA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.
NUHÇIXAN-ın məlumatına görə, bu, turnirin püşkatma mərasimindən sonra müəyyənləşib.
Azərbaycan çempionu A qrupunda Türkiyənin "Trabzonspor", Fransanın "Nanterre", Litvanın "Ritas" klubları ilə üz-üzə gələcək.
Xatırladaq ki, əsas mərhələyə oktyabrın 6-da start veriləcək.
